"Biz futbolu onlar üçün oynayırıq"
Vobay nəhayət ki, Zaqatalada etdiyi hərəkətə görə üzr istəyib.
Sportal.az xəbər verir ki, “Simurq” fanatlarına qeyri-etik jest göstərdiyi üçün böyük təzyqlə üzləşən syerra-leonolu futbolçu məsələni birdəfəlik bağlamaq istəyir: “Etdiyim rəqsin belə ajiotaj doğuracağını bilməzdim. Ancaq yenə təkrarlayıram: həmin an mənim heç kimi təhqir etmək niyyətim olmayıb. Sadəcə, sevindiyimdən o cür davrandım. Neçə ildi burdayam və hər bir azarkeşi özümə doğma sayıram. Bəzən belə anlaşılmazlıq olur. Hərəkətim düzgün anlaşılmayıbsa, zaqatalalı azarkeşlərdən və futbol ictimaiyyətindən üzr istəyirəm. Belə olmasını istəməzdim. Başa düşdüm ki, Azərbaycanda bu cür sevinmək olmaz. Bundan sonra başqa cür sevinərəm. Ümid edirəm ki, bu sözlərdən sonra mövzu qapanacaq və heç bir klubun azarkeşi ilə aramızda narazılıq yaşanmayacaq. Biz futbolu onlar üçün oynayırıq”.
mənbə: "Futbol plus" qəzeti
saytlarin hazirlanmasi