Məqsəd İsayev "Bakcell Arena"da
Dünən Premyer Liqanın 29-cu turunda "Qarabağ" - AZAL (2:1) matçını izləyənlər arasında "Neftçi"nin futbolçusu da var idi.
Sportal.az xəbər verir ki, zədə səbəbindən komandadan ayrı düşən Məqsəd İsayev dünən "Bakcell Arena"da qarşılaşmanı canlı izləyib. Onun bu matça gəlməyində səbəb isə hazırda AZAL-da çıxış edən sabiq "Neftçi"lilər Kərim Diniyev və Nicat Qurbanovun oyununu izləmək istəməsi olub.
Qeyd edək ki, gənc futbolçu aprelin 13-də Almaniyanın Münhen şəhərinə əməliyyat olunmağa yollanacaq.
saytlarin hazirlanmasi