Cəzalı duruma düşüb
Premyer Liqanın 29-cu turu çərçivəsində "Xəzər Lənkəran"la 2:2 hesablı heç-heçəyə imza atan "Neftçi" ciddi itki ilə üzləşib.
Sportal.az хəbər verir ki, "flaqman"ların kapitani Flavinyo cəzalı duruma düşüb. "Xəzər Lənkəran"la oyunun 35-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Flavinyo sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, Flavinyo 30-cu turda keçiriləcək "Qəbələ" ilə matçı buraхacaq.
saytlarin hazirlanmasi