Holland futbolçu "Fənərbaxça"dan gedir

20:14 - 10 Aprel 2015

Kuytun yeni komandası məlumdu
 
Türkiyənin “Fənərbaxça” futbol klubunun oyunçusu Dirk Kuyt Hollandiya təmsilçisi “Feyenord”la bir illik müqavilə imzalayıb.
 
Sportal.az xəbər verir ki, yeni müqavilə gələn mövsümdən qüvvəyə minəcək.
 
Bununla da “Liverpul”da 6, “Fənərbaxça”da isə 3 il top qovan 34 yaşlı D.Kuyt doğma klubuna qayıdacaq. O, 2003-2006-cı illərdə “Feyenord”un şərəfini qoruyub.

Xəbər xətti