"Tvente"nin yenə 3 xalı silindi

21:53 - 10 Aprel 2015

Komanda aşağı liqaya düşürülə bilər
 
Hollandiya Futbol Federasiyası ölkənin birinci liqa təmsilçisi “Tvente”ni ikinci dəfə cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, qurum "Tvente"nin üç xalını silib. Bu addıma səbəb kimi komandanın üzləşdiyi maliyyə böhranı göstərilir.
 
Xatırladaq ki, ötən ay da "Tvente"nin ehtiyatından üç xal silinmişdi. Növbəti dəfə bu hal təkrarlanacağı təqdirdə, klub aşağı liqaya düşürülə bilər.
 
Son qərarın ardından xalı 37-dən 34-ü düşən “Tvente” hazırda turnir cədvəlində 11-ci pillədədir.

Xəbər xətti