Kamran Ağayevli "Kayserispor"un 1/4 finalda cavab matçını keçirəcəyi vaxt bəlli oldu

13:23 - 11 Aprel 2015

Təxirə salınan matçların...

 

Türkiyədə yaşanan məlum səbəblərdən təxirə salınan kubok matçlarının oynanacağı vaxtlar bəlli olub.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin də şərəfini qoruduğu  "Kayserispor" 1/4 finalda qarşılaşacağı "Sivasspor"la matçı aprelin 16-sı keçirəcək. Qeyd edək ki, ilk matç 1:1 hesabı ilə nəticələnmişdi.

 

Türkiyə kubokunun 1/4 finalında üz-üzə gələcək cütlərin meydana çıxacağı tarixləri təqdim edirik:

 

14 aprel

20:45 "Gənclərbirliği" - "Bursaspor"

 

15 aprel

21:45 "Manisaspor" - "Qalatasaray"

 

16 aprel

20:00 "Sivasspor" - "Kayserispor"

21:45 "Fənərbaxça" - "Mersin İdmanyurdu"

Xəbər xətti