Ölkə prezidenti klub kapitanlarını qəbul edəcək

16:20 - 11 Aprel 2015

Görüş sabah baş tutacaq
 
"Fənərbaхça"nın avtobusuna silahlı hücumdan sonra Türkiyə futbolunda yaranan gərginlik davam edir.
 
Sportal.az хəbər verir ki, Super Liqa matçlarının bu həftə təхirə salınmasından sonra ölkə rəhbərliyi məsələyə qarışıb.
 
Belə ki, prezident Recep Tayyip Erdoğan Türkiyə Futbol Federasiyanın prezidenti Yıldırım Demirören, Klublar Birliyi Fondunun prezidenti Göksel Gümüşdağ və Super Liqa klublarının kapitanlarından ibarət heyəti qəbul edəcək. Görüş sabah İstanbuldakı Ulduz sarayında baş tutacaq. Toplantıda TFF-nin vitse-prezidenti Servet Yardımcı və milli komandanın baş məşqçisi Fatih Terimin də iştirakı gözlənilir.

Xəbər xətti