AZAL-ın bombardiri: "İddialı komandalarda oynamaq istəyirəm"

11:01 - 12 Aprel 2015

Mombonqo: "Qarabağ" Azərbaycanın ən güclüsüdür"
 
AZAL-ın hücumçusu Fredi Mombonqonun Sportal.az-a müsahibəsi:
 
- Premyer Liqanın 29-cu turunda "Qarabağ"a məğlub oldunuz..
- Razıyam, məğlub olduq, amma biz Azərbaycanın ən yaxşı komandası "Qarabağ"la oynayırdıq, iddasız komanda ilə yox. Böyük hesabla deyil, 2:1 hesabı ilə uduzduq. Məncə, bu bizim üçün pis nəticə deyil.
 
- AZAL son 3 oyundu, qələbə üzünə həsrətdir. Bu məğlubiyyətlərin səbəbi nədir?
- Bu 3 oyunda yalnız "Qəbələ"yə qarşı oyunda yaxşı oynamadıq. Qaldı ki. "Qarabağ"la oyuna, pis oynamadıq, hətta hesabı açdıq ancaq "Qarabağ" bizdən yaxşı oynadığı üçün qələbə qazandı. Bir daha təkrarlayıram, "Qarabağ" Azərbaycanın ən güclüsüdür. Artıq toparlanmalıyıq, qarşıda 7 oyun var. Turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq.
 
- 7 oyunda neçə xal qazanacağınıza ümid edirsiniz?
- İndidən 7 oyunda nə qədər xal toplayacağımızı düşünsək, uduzarıq. 7 oyunu yox, qarşıdakı oyunumuz haqda fikirləşməliyik. Növbəti matçımız "Sumqayıt"ladır, bu qarşılaşmada bizi yalnız 3 xal qane edəcək. Onu da qeyd edim ki, biz hər oyuna qələbə üçün çıxırıq. 
 
- Bombardirlər siyahısında yer alsan da, son oyunlarda fərqlənə  bilmirsən. Buna səbəb nədir?
- Diqqət yetirsəniz, həmin siyahıda yer alan futbolçuların çoxu fərqlənə bilmir (gülür). Mən də çalşıram tempi saxlayım, hər oyun fərqlənim, amma bəzən alınmır. Nöbəti oyunda bu qolsuzluq tilsimini qıracam. Hədəfim mövsümün sonuna qədər bu siyahıda daha yüksəyə çıxmaqdır.
 
- AZAL-la müqavilən nə vaxt başa çatır?
- Yayda başa çatır. Əsas istəyim  növbəti mövsümdən daha yaxşı, iddialı komandada oynamaqdır.
 
- Adın "Qəbələ" ilə hallanır...
- Bu barədə danışmasam, daha yaxşı olar. Amma onu deyim ki, həqiqətən təkliflər almışam.
 
- Azərbaycandan, yoxsa ölkə xaricindən?
- Həm Azərbaycandan, həm də digər ölkələrdən. Bu barədə bundan artıq məlumat vermərəm. Azərbaycanda iddialı komandalarda oynamaq istəyirəm, bacarığıma görə Avroliqaya vəsiqə qazanan komandalardan birində oynamalıyam. Növbəti mövsüm üçün təklifləri dəyərləndirəcəm.
 
-  Ölkə çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Çempionatın səviyyəsi komandalardan asılıdı, məsələn burda "Qarabağ", "İnter", "Neftçi" kimi güclü komandalar var. Ümumi götürsək, çempionatın səviyyəsi normaldı.

Xəbər xətti