Kamran Ağayevli "Kayserispor"dan göz oxşayan statistika

12:29 - 12 Aprel 2015

 Ən çox qələbə qazanan komanda
 
Azərbaycan milli komandasının qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" Türkiyə birinci liqasına damğasını vurub.
 
Sportal.az xəbər verir ki, komanda çempionatın başa çatmasına 8 tur qalmış yaxın rəqibindən 8 xal irəlidədir. Superliqaya vəsiqə qazanmağa əsas namizəd olan Kayseri klubu 26 oyunda 17 qələbə qazanıb, 5 görüşü heç-heçə bitirib, 4 qarşılaşmada uduzub.  Komanda ən çox oyun qazanan və ən az məğlub olan komandadı.
 
"Kayserispor" 56 xalla yaxın rəqiblərini 8 və 11 xal geridə qoyub. Komanda ən çox fərqlənib və ən az qol buraxıb: 49-20.  Qapısında sadəcə 20 qol görən "Kayserispor" cari çempionatda ən az qol buraxan komandadı.
 
"Kayserispor"un əsas silahı Mert Nobre 16 qolla çempionatın ən məhsuldar futbolçusudur.

Xəbər xətti