Məşqçilər Komitəsinin üzvləri Elxan Məmmədovla görüşdü FOTOLAR

13:18 - 13 Aprel 2015

İclasda nələr müzakirə edildi?
 
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla  görüş keçirib.
 
Sportal.az xəbər verir ki, görüşdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyinat, həmçinin U-17 yığmamızın gələn il keçiriləcək Avropa çempionatına hazırlıq prosesi ətraflı müzakirə olunub.
 
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2016-cı ildə Azərbaycanda keçiriləcək və U-17 yığmamız təşkilatçı ölkənin təmsilçisi olaraq final mərhələsində iştirak edəcək.
 

Xəbər xətti