Daha bir klubumuzda maliyyə problemi: icra başçısı vədinə əməl etmir

15:43 - 13 Aprel 2015

Matça getməyə pul yoxdu

 

Azərbaycanın Həvəskarlar liqasında mübarizə aparan "Sabunçu" komandası maliyyə problemləri ilə üzləşib. 

 

Sportal.az xəbər verir ki, aprelin 19-da həvəskarlar kubokunda "Viləş"lə yarımfinal oyununa çıxmalı olan kollektiv matça getməyə pul tapa bilmir. Komandadan bildirilir ki, rayon icra hakimiyyəti onlara vəd versə də, yol xərclərini ödəmir. 

 

Qeyd edək ki, komandadakı maddi böhran onların növbəti matça çıxmamasına səbəb ola bilər. 

Xəbər xətti