Gekas klubun bazasına buraxılmadı

18:30 - 14 Aprel 2015

Yunan futbolçu aranı qarışdırdı
 
“Trabzonspor”la oyundan sonra baş məşqçi Roberto Karlos “Aksisar Bələdiyyəspor”da forma geyinən Teofanis Gekası əsas komandadan uzaqlaşdırıb.
 
Sportal.az xəbər verir ki, braziliyalı çalışdırıcı yunan futbolçunu əvəzedici heyətə göndərsə də, Gekas bununla razılaşmayıb.
 
Baş məşqçinin qərarına məhəl qoymayan futbolçu əsas komandanın məşqlərinə qatılmaq istəyi də alınmayıb. Yunan futbolçunun israrla məşqlərə qatılmaq istəyinin qarşısını mühafizəçilər alaraq Gekası klubun bazasına buraxmayıb.       

Xəbər xətti