"Səhvlərimiz vardı"
Azərbaycan kubokunun 1/8 final mərhələsində doğma meydanda "İnter"lə qarşılaşan "Turan Tovuz" 1 - 3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında tovuzluların baş məşqçisi Nizami Sadıqov oyun haqda fikirlərini bildirib: “Komandalar arasında fərq böyükdür. Çatışmazlıqlarımız var. Bütün bunlar elita klubları ilə oyunda daha aşkar görünür. Biz bu gün mübarizə aparsaq da, səhvlərimiz vardı. Onları aradan qaldırmağa çalışacağıq”.
saytlarin hazirlanmasi