Hart millidən kənarda qaldı
Almaniya və Hollandiya yığmasıyla yoxlama oyununda qüvvəsini sınayacaq İngiltərə millisinin heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın son turunda "Mançester Yunayted"ə qarşı oyunun (0:1) 50-ci dəqiqəsində zədələnərək əvəzlənən "Mançester Siti"nin qapıçısı Co Hart millidən kənarlaşdırılıb. Millinin baş məşqçisi Roy Hocson Hartın əvəzinə aşağı liqa təmsilçisi "Bernli"nin qolkiperi Tom Hitona dəvət göndərib.
saytlarin hazirlanmasi