"Mançester Yunayted"dən gənc futbolçularına maraqlı qadağa

11:47 - 28 Mart 2016

Arxayınlaşmamaları üçün...

 

"Mançester Yunayted" gənc futbolçuları ilə bağlı maraqlı qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, qəbul edilən qərara əsasən, gənc futbolçular əsas komandanın soyunub-geyinmə otağından istifadə edə bilməyəcək. Buna səbəb isə, onlarda arxayınlaşmaq hissinin qarşısını almaqdır. 

 

Qeyd edək ki, gənc futbolçuların arasında Markus Reşford başda olmaqla, Gilermo Varela, Ceyms Veir, Joe Riley, Donald Lov və Reqan Poul da var.

Xəbər xətti