"Çelsi"nin yeni baş məşqçisi məlum oldu

17:17 - 4 Aprel 2016

3 illik müqavilə imzalandı
 
İtaliya millisinin baş məşqçisi Antonio Konte növbəti mövsümdən "Çelsi"ni çalışdıracaq.
 
Sportal.az xəbər verir ki, Londona yollanan italyan çalışdırıcı bu gün "zadəganlar"la 3 illik müqavilə bağlayıb. Bu barədə məlumatı klub özü yayıb.
 
Kontenin İtaliya millisiylə müqavilə müddəti AÇ-2016-dan sonra başa çatacaq.

Xəbər xətti