Runi gənclər komandasında

14:06 - 9 Aprel 2016

"Tottenhem"lə matçı buraxacaq

 

Uzun müddətdir zədədən əziyyət çəkən "Mançester Yunayted"in futbolçusu Ueyn Runi məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli forvard oyun praktikasından əziyyət çəkdiyi üçün "qırmızı şeytanlar"ın gənclər komandasına göndərilib. O, "Midlsbro" ilə matçda forma geyinəcək.

 

Qeyd edək ki, Runi sabah "Tottenhem"lə keçiriləcək vacib matçda oynaya bilməyəcək.

Xəbər xətti