Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Beşiktaş” Kiyev “Dinamo”suna 0:6 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, oyundan sonra Ukrayna klubunun mətbuat konfransında mübahisəli anlar yaşanıb. Kiyevlilərin baş məşqçisi Sergey Rebrovun danışıqları türk jurnalistlər üçün tərcümə edilib. Tərcüməçi isə türk dilini yaxşı bilməyib. Bu da qardaş ölkə jurnalistlərinə problem yaradıb. Onlar bundan narazı qalıblar. Bir çox ifadələr isə yanlış anlaşılıb. Sonradan məlum olub ki, tərcüməçi azərbaycanlı olub və Rebrovun sözlərini məhz Azərbaycan dilinə tərcümə edib.
saytlarin hazirlanmasi