"Real" mövsümün sonunda müqaviləsi başa çatan Dani Karvaxalla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi ispaniyalı futbolçuya yeni sözləşmə təklif etməyəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb.
34 yaşlı sağ cinah müdafiəçisi yayda azad agent statusu ilə "kral klubu"nu tərk edəcək. Türkiyə, Səudiyyə Ərəbistanı və MLS klubları təcrübəli oyunçuya maraq göstərir.
Qeyd edək ki, Dani Karvaxal "Real"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 10 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
