"Roma" "Verona"dan icarrəyə götürdüyü Daniele Qilardi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi italiyalı futbolçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Roma" Qilardi üçün onun klubuna 8 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Roma" Daniele Qilardini mövsümün əvvəlində icarəyə götürüb. 23 yaşlı mərkəz müdafiəçisi "canavarlar"ın heyətində 14 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
