"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Maynts"la oyun öncəsi fikirlərini bildirib.
Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, keçirilən mətbuat konfransında qarşılaşmaya ciddi hazırlaşdıqlarını deyib:
"Səfər oyununa yaxşı nəticə üçün gəlmişik. Yaxşı nəticə qazanıb, Qəbələyə yüksək əhval-ruhiyyə ilə qayıtmaq istəyirik ki, ilin son matçlarına hazırlaşaq. Lakin indi yalnız “Maynts”la oyunu düşünürük".
Qurbanov bildirib ki, Avroliqada oyunlarda yaxşı imkanları da olub:
"Amma şansları qaçırdıq. Lakin futbolda belə hallar olur. Hardasa bəxtimiz gətirmədi, hardasa hazır olmadıq. Sabah yaxşı, gözəl futbol nümayiş etdirib, fanatlarımızı, Azərbaycanda “Qəbələ”yə azarkeşlik edəcək hər kəsi sevindirək”.
saytlarin hazirlanmasi