Qış fasiləsində təlim-məşq toplanışı üçün ölkə xaricinə üz tutacaq daha bir klubumuzun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Qəbələ" əvvəlki illərdə olduğu kimi, bu dəfə də ölkə xaricinə üz tutacaq. "Qırmızı-qaralar" Türkiyənin Antalya şəhərini seçib. Əyalət təmsilçisi "Gloria Hotel"də məskunlaşacaq.
Əldə etdiyimiz məlumata görə, hazırlığa yanvarın 9-da start veriləcək. Hazırlıq prosesi ayın 25-də yekunlaşdırılacaq. Komandanın baş məşqçisi Roman Qriqorçuk bu müddət ərzində bir neçə yoxlama görüşündə yetirmələrini sınamaq niyyətindədi. Ancaq hələlik rəqiblər müəyyənləşdirilməyib.
saytlarin hazirlanmasi