Roman Qriqorçuk: "Buna görə də komandanı gücləndirmək çətinləşir" MÜSAHİBƏ

17:45 - 13 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qəbələ" - AZAL matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib.

 

- Komanda fasilədən sonra yaxşı təsir bağışladı. Hər halda 3-5-2 sisteminə keçməyiniz öz sözünü dedi. Növbəti oyunlarda da bu sistemdən istifadə edəcəksiz?

- Deməzdim ki, bu sistemlə oynamağa çıxdıq. Sadəcə, müdafiəçilərə bəzi tapşırıqlar verdik ki, bu da kənardan belə göründü. Bu sistemlə çox oynamışam. Məğlub da olmuşam. 

 

- Fasilədə futbolçulara nə dediz ki, ikinci hissədə daha fərqli oyun nümayiş etdirdilər?

- Dəyişməli olan çox şey yox idi. Sadəcə, hücuma atılmağı tapşırdım. Nəticədə xeyli qol imkanlarımız oldu. Bu, bir tərəfdən yaxşıdı. Amma digər tərəfdən bunları reallaşdırmaq da lazımdı.

 

- Məhəmməd Mirzəbəyov mövsümün əvvəlində əsas heyətin əvəzedilməz futbolçusu olsa da, indi onu görmürük. Problem futbolçunun özündədi, yoxsa başqa səbəbi var?

- Zədəyə yaxın problemi var. Buna görə də risk etmək istəmirik. Çünki durumu ciddiləşə bilər.

 

- Qarşıdan qış fasiləsi gəlir. İndidən kimin gedəcəyini, kimin gələcəyini müəyyənləşdirmisiz?

- Bunu planlaşdırmaq çətindi. Belə cəhdlər olacaq. Qış transfer dönəmində futbolçu tapmaq çətindi. Buna görə də komandanı gücləndirmək çətinləşir. İyun-iyul ayında yeni komanda yaratdıq. Amma bu, hər zaman baş verməyə bilər. Sistemli oynadıq  və Avropa Liqasının qrup mərhələsinə qədər irəlilədik. Bu, möcüzə idi. Gərək sistemli şəkildə çıxış edəsən.

Xəbər xətti