Ukraynanın "Zarya" klubunun baş məşqçisi və "Qəbələ"də çıxış edən Vitali Vernidubun atası Yuri Vernidub yerli mətbuata müsahibə verib.
Sportal.az xəbər verir ki, ölkəsində ilin baş məşqçisi seçilən mütəxəssis “Qəbələ” haqda verilən sualları da cavablandırıb:
- “Qəbələ” Avropa Liqasının qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub oldu. Sizcə, bu uğursuzluğa nə səbəb ola bilər?
- Oğlumla bu barədə danışmamışam. Baş məşqçisi Roman Qriqorçuk yüksək keyfiyyətli çalışdırıcıdır. O, bu barədə təhlillər aparacaq. “Qəbələ”nin ardıcıl iki dəfə qrup mərhələsində çıxış etdiyini qeyd etmək lazımdır. Onlar ilk təsnifat mərhəıəsindən qrupa kimi irəliləyirlər. Bu, böyük uğurdur. “Lill”, “Panatinaykos” kimi komandaları mübarizədən kənarlaşdırıblar. “Qəbələ” düzgün yoldadır. Onların bu uğurlarına görə şadam. Bu, həm futbolçular, həm də məşqçilər korpusu üçün böyük təcrübədir.
- Vitali Vernidubun “Zarya”ya transferi mümkündür?
- O, peşəkar futbolçudur və müqavilə ilə “Qəbələ”yə məxsusdur. Əgər istəsə, özü deyəcək. Bunu Vitalidən soruşsaz yaxşı olar.
- Roman Qriqorçukla münasibətiniz necədir?
- Bizim dostluq munasibətlərimiz var. Görüşəndə də mehtibancasına salamlaşırıq. O, əla mütəxəssisdi. Qriqorçukdan öyrəniləsi çox şey var.
saytlarin hazirlanmasi