“Qəbələ” klubunun yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya millisinə çağırılmasından danışıb.
Sportal.az xəbər verir ki, oyunçu bu dəvətdən sevindiyini və gələcəkdə də çağırılmaq istədiyini bildirib:
“Sevinirəm ki, Xorvatiya millisinə dəvət almışam. Orda çox yaxşı oyunçular var. Ümid edirəm ki, Çində özümüzü yaxşı tərəfdən göstərəcəyik. Çağırılanlar arasında birlikdə oynadığım oyunçular var. “Dinamo”, “Rieka” kimi komandalarda çıxış edən futbolçular oynayacaq. Mənim mövqeyimdə Luka Modriç, İvan Rakitiç, Mateo Kovaçiç kimi dünya ulduzları var. Təbii ki, belə olan halda milliyə davamlı dəvət almaq çətindir. Amma özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”.
“Xorvatiya millisinə çağırılmaq sizin Avropanın daha güclü klublarına yolunuzu açarmı” sualına Ozibiç belə cavab verib:
“Bu barədə nəsə demək çətindir. Hazırda “Qəbələdə”yəm. Nə olacağını birlikdə görəcəyik”. ("Qafqazinfo")
saytlarin hazirlanmasi