Azərbaycan Gənclər və İdman Nazirliyi 2016-cı ilin yekunlarına həsr olunan tədbir keçirib.
Sportal.az xəbər verir ki, “Buta Palace”da təşkil edilən təntənəli mərasimdə il ərzində fərqlənənlər təltif olunub. “Qəbələ” İdman Klubunun təmsilçiləri də ilin yaxşıları arasında yer alıblar.
“Qəbələ” Atıcılıq Klubu idman yarışlarının ən yüksək səviyyədə təşkilinə görə mükafatlandırılıb.
Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə fəxri diplomla təltif edilənlər sırasında “Qəbələ” boksçuları Kamran Şahsuvarlı və Lorenzo Sotomayor, həmçinin taekvondoçu Milad Beiqi Harçeqani də olub.
Karate üzrə dünya çempionu Rafael Ağayev İlin ən yaxşı idmançısı nominasiyasındakı qaliblərdən biri kimi təltif edilib.
saytlarin hazirlanmasi