“Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin heyətində çıxış edən Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.
Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, bu komandada 20 oyun keçirib.
Qeyd edək ki, Araz Abdullayevin "Qəbələ"yə keçəcəyi haqda ilk olaraq Sportal.az saytı məlumat yaymışdı. (http://sportal.az/news/80351)
saytlarin hazirlanmasi