"Qəbələ" Albaniya klubuna rəqib oldu

00:18 - 13 Yanvar 2017

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yanvarın 14-ü Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına gedəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda qonşu ölkədə 3 yoxlama matçında qüvvəsini sınayacaq. Bu oyunlar yanvarın 16-da, 18-də və 20-də keçiriləcək. Sınaqçı rəqiblərdən birincisi artıq dəqiqləşib. “Qəbələ” Albaniyanın “Partizani” klubunun əsas komandası ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan Tirana klubu ötən mövsüm Superliqada 2-ci yeri tutub.

 

Antalya toplanışını başa vurub, ayın 21-də vətənə dönəcək əvəzedicilər ikigünlük istirahətə buraxılacaq. Əvəzedicilərin çempionatının XIX turunun “Sumqayıt”la matçının hazırlıqlarına yanvarın 23-də start verəcək “qırmızı-qaralar” məşqlərini ayın 27-dək davam etdirəcək.

Xəbər xətti