Roman Qriqorçuk: "Komanda pis təsir bağışlamadı"

00:16 - 14 Yanvar 2017

“Fasilə dövründə ilk yoxlama oyunumuzu keçirdik. Oyunçuların indiki durumda vəziyyəti yaxşı ola bilməz. Çünki hazırlıqlara yeni, həm də bir az gecikmə ilə başlamışıq”.

 

Sportal.az xəbər verir ki, bu sözlər  “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka məxsusdur. O, Antalyada təlim-məşq toplanışı çərçivəsində Albaniyanın "Partizani" klubuna 1:2 hesabı ilə uduzduqları ilk yoxlama oyunu haqda fikirlərini klubun saytına bildirib.
 
Ukraynalı çalışdırıcı komandasının sözügedən qarşılaşmada pis təsir bağışlamadığını vurğulayıb:

 

“İstirahət dövründən sonra cəmi iki məşqimiz olub. Bütün bunları nəzərə alsaq, komanda pis təsir bağışlamadı. Birinci hissə xüsusilə normal oyun nümayiş etdirdik. Fasilədən sonra fərqli heyətlə mübarizə apardıq. Bu üzdən də hər şeyin, o cümlədən oyun quruculuğunun belə görünməsi obyektiv idi. Düşünürəm ki, bu matç bizim üçün faydalı oldu. Bu qarşılaşmada heç bir mənfi məqam görmürəm”.

Xəbər xətti