Cari mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 5-ci gününü 2 məşqlə yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası dünən günün ilk yarısında keçirilən məşq prosesində əsasən topsuz çalışmalara üstünlük verib.
“Qırmızı-qaralar” ikinci hazırlıq zamanı topla məşq edib. Bərpa prosesi keçən Baqali Dabo, Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev fərdi hazırlıqla kifayətlənib.
saytlarin hazirlanmasi