Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası üçüncü yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” İranın “Traktorsazi” klubunun əvəzediciləri ilə qarşılaşıb.
Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Hər iki komanda görüşə qara sarğı ilə çıxıb.
“Qəbələ”nin baş məşqçisi Hüseynqulu Quliyev toplanış çərçivəsindəki son matçda aşağıdakı start “11-liy”inə şans verib: Həsən Hüseynov, Amin Seydiyev, Əzəmət Ələkbərli, Tural Məmmərzayev (k), Ayxan Əsədov, Sahil Mirzəyev, Ravil Yusifli, Elvin Həsənov, Xəyal Əmirli, Qədir Bayramlı, Baxşəli Baxşəliyev.
Oyunun gedişində qapıçılar Əmrah Zülfüqarlı, Süleyman Süleymanov, həmçinin Sahil Zeynalov, Rövlan Muradov, Ülvi İbazadə, Ülvi İsgəndərov, Elvin Dəmirov, Səid İbadov, Nurlan Quliyev də meydana daxil olublar.
“Qəbələ”nin üstünlüyü ilə keçən oyun təmsilçimizin böyükhesablı qələbəsi ilə başa çatıb. Komanda rəqibini böyük hesabla məğlub edib – 4:1.
“Qırmızı-qaralar”ın qollarını Qədir Bayramlı, Səid İbadov, Rövlan Muradov və Nurlan Quliyev vurub.
Xatırladaq ki, “Qəbələ”nin əvəzediciləri ilk iki oyunda Albaniyanın “Partizani” (2:6) və Türkiyənin “Manavqatspor” (4:1) klubları ilə qarşılaşıb.
saytlarin hazirlanmasi