"Partizan" Bojinovu "Qəbələ"yə buraxmaq istəmir"

23:26 - 21 Yanvar 2017

“Qəbələ”nin Bolqarıstan millisinin sabiq hücumçusu Valeri Bojinovla anlaşa biləcəyi barədə xəbər vermişdik. Serbiya mətbuatında “qırmızı-qaralar”la hücumçunun anlaşdığı, hətta 1,5 illik müqavilənin bağlanması barədə razılaşdığı barədə xəbər yer almışdı.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçunun “Partizan”la müqavilə müddəti bu ilin yayında bitəcək. Məsələylə bağlı “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı Komanda.az-a açıqlama verib. Klub rəsmisi keçidin alınmaq ehtimalının 50 faiz olduğunu deyib:
 
“Bu, bizdən və ya Bojinovdan asılı deyil. Məsələ yazıldığı qədər ciddi deyil. Alınmaq ehtimalı hardasa 50 faizdi. Keçidin alınması “Partizan”la futbolçu arasındakı danışıqlardan asılıdı. “Partizan” hələ ki, onu buraxmaq istəmir”.

 

Xəbər xətti