"Qəbələ"də Dabo sevinci

11:56 - 22 Yanvar 2017

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 11-ci gününü yekunlaşdırıb.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri bu gün iki hazırlıq keçib. “Qırmızı-qaralar” günün ilk yarısında nəzəri məşğələ keçiblər. Günün ikinci hissəsində baş tutan məşq prosesində isə komanda toplu çalışmalarla hazırlıq keçib.


Zədədən sonra bir müddət bərpa prosesi keçən Baqali Dabo komanda ilə birlikdə məşq edib. Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev isə fərdi hazırlıqla kifayətlənib.

 

Xəbər xətti