"Qəbələ" Makedoniya klubunu məğlub etdi

19:50 - 24 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün son yoxlama matçını keçirib. 
 
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Roman Qriqorçukun yetirmələrinin 2 - 1 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, "Qəbələ" buna qədər Albaniyanın “Partizani” klubuna 1:2 hesabı ilə uduzub, Rumıniya “Qaz Metan”ını 1:0 məğlub edib və Qazaxıstanın “Ordabası” komandası ilə qolsuz heç-heçəyə razılaşıb. 
 
18:00. “Qəbələ” – “Şkendiya” (Makedoniya)

QOLLAR: Filip Ozobiç, 38, Araz Abdullayev, 77 - Yuri Çolak, 89

Xəbər xətti