Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə qarşılaşacaq "Qəbələ" sözügedən qarşılaşmaya ciddi itkilərlər çıxacaq.
Sportal.az xəbər verir ki, Ruslan Qurbanov sarı vərəqə limitini doldurduğuna görə, bakılılarla matçı buraxacaq. Bundan başqa dizindən ciddi zədə alan Rafael Santosun da "ağ-qaralar"a qarşı iştirak etməyəcəyi dəqiqdi.
Komandanın digər itkisi isə Asif Məmmədovdu. Yarımmüdafiəçi ötən günlərdə appendisit ağrılarından əməliyyat olunub. O, bir müddət məşqlərdən kənarda qalacaq.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı fevralın 3-də, saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi