"Qəbələ"nin sabiq legioneri I liqada oynayacaq

18:19 - 2 Fevral 2017

"Qəbələ"nin sabiq legioneri Davronjon Yerqaşev karyerasını Qazaxıstanda davam etdirəcək.

 

Sportal.az-ın məlumatına görə, Tacikistan milli komandasının da üzvü olan 28 yaşlı müdafiəçi "Taraz" klubu ilə yeni müqavilə imzalayıb.
 
Fərq ondadır ki, onun ötən mövsümdən çıxış etdiyi komanda I Liqaya düşdüyündən, Yerqaşev bu dəfə Premyer Liqada yox, aşağı divizionda top qovmalı olacaq. Tərəflər arasında müqavilə builki mövsümün sonunadək nəzərdə tutulub.
 
Legioner Qazaxıstanda "Jetısu"nun da şərəfini qoruyub. Yerqaşev bu ölkənin Premyer Liqasında 72 matçda 2 qol vurub. Müdafiəçi ötən il "Taraz"da 14 oyunda 1 dəfə fərqlənib. 
 
Xatırladaq ki, Davronjon Yerqaşev "Qəbələ"də 2013/2014 mövsümünün ikinci yarısında çıxış edərək Premyer Liqada 9 oyun keçirib. Futbolçu komandasının ilk bürünc medal qazandığı və Azərbaycan Kubokunun finalında iştirak etdiyi vaxt onun formasını geyinib. 

 

Xəbər xətti