Qriqorçuk qovuldu

19:02 - 3 Fevral 2017

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk meydandan qovulub.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis Premyer Liqanın 16-cı turunun “Neftçi”yə qarşı görüşünün 90-cı dəqiqəsində rəqib məşqçi, həmyerlisi Aleksandr Deriberin ilə mübahisə etdiyi üçün tribunaya göndərilib.

 

Xatırladaq ki, R.Qriqorçuk bu mövsüm Premyer Liqada ikinci dəfə eyni cəzaya məruz qalır. Bundan başqa, baş hakim Fariz Yusifov A.Deriberini də texniki zonadan qovub.

 

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti