Subotiç qayıdışını qolla qeyd etdi

18:50 - 3 Fevral 2017

Yenidən “Qəbələ”yə qayıdan Daniel Subotiç bu gün köhnə komandasına qayıdışında ilk oyuna çıxıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın 16-cı turunun “Neftçi”yə qarşı görüşündə isveçrəli hücumçu ikinci hissədə Baqali Dabonun əvəz edərək meydana daxil olub. Matçın 77-ci dəqiqəsində isə o, hesabı açıb.

 

Xatırladaq ki, Subotiç 2013/14 mövsümündə də “Qəbələ”yə oynayıb və Premyer Liqada 29 oyunda 12 qol vurub.

 

Xəbər xətti