"Qəbələ" müdafiəçisini itirdi

15:46 - 8 Fevral 2017

Premyer Liqanın 17-ci turu çərçivəsində "Qəbələ" doğma meydanda AZAL-ı qəbul edir.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" bu qarşılaşmada ciddi itki ilə üzləşib. Belə ki, "Qəbələ"nin ukraynalı legioneri Vitali Vernidub matçın 39-cu dəqiqəsində zədələnib. Təcrübəli müdafiəçi oyunu davam etdirə bilmədiyi üçün onun əvəzini Məhəmməd Mirzəbəyov meydana daxil olub.

 

Qeyd edək ki, ilk hissəsi başa çatan "Qəbələ" - AZAL görüşündə hesab açılmayıb.

Xəbər xətti