"Qəbələ"nin futbolçusu Ukraynaya getdi

18:20 - 10 Fevral 2017

Azərbaycan Premyer Liqasının XVII turunda keçirilən "Qəbələ" - AZAL matçında (2 - 0) zədələnən Vitali Vernidub Ukraynaya yollanıb.

 

Sportal.az xəbər verir ki, o, iki həftədən sonra Azərbaycana qayıdacaq. "Qırmızı-qaralar"ın müdafiəçisinin ayağına qoyulan gips məhz bu müddətdən sonra açılacaq.

 

Yalnız bundan sonra ukraynalı müdafiəçinin son durumuna aydınlıq gələcək.

Xəbər xətti