Roman Qriqorçuk: "Hər şeyi düzgün etsək də, uğur bizimlə deyil" MÜSAHİBƏ

18:55 - 12 Fevral 2017

Azərbaycan Premyer Liqasının XVIII turunda baş tutan “Zirə” – “Qəbələ” oyunu 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib:

 

- Oyunu necə şərh edə bilərsiniz? Hər şey gözlədiyiniz kimi oldu?

- Futbolçularımdan razıyam, meydançada yaxşı işlər gördülər. Oyunun əvvəlində uyğunlaşmaq baxımından çətinlik çəkdik. Uşaqlara demişəm ki,  başlarını aşağı salmasınlar və növbəti oyunlara köklənsinlər.

 

 - Qələbənin əldən getməsində psixoloi durumun nə qədər rolu oldu?

- Pis oyun oynayıb, nəticə əldə etməmişik. Buna görə də başımızı dik tutmalıyıq. Xal itirməyimizə pis olsaq da, o qədər də üzücü gün deyil. Çünki bizim qarşıda oyunlarmız var.

 

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Komandanın əsas müdadfiəçiləri xidmətinizdə olmayacaq. Bu, sizin üçün çətin olmayacaq?

- Hazırda vəziyyət belədir. Hər şeyi düzgün etsək də, uğur bizimlə deyil. 3 mərkəz müdafiəçimiz bizə kömək edə bilməyəcək, amma buna heç nə edə bilmərik. Əgər belədisə, belə də davam etməliyik. (Futbol11.az)

Xəbər xətti