Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" matçı meydan sahiblərinin 2:0 hesblı qələbəsi lə başa çatıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadn sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk qələbəni şərh edib.
- Komandamızın çıxışından razıyam. Çox keyfiyyətli oyun oldu. Futbolçularımdan çox razıyam. Sona qədər mübarizə apardılar. Futbolçularımla fəxr edirəm".
- "Qələbə" qazanmağınızda azarkeşlərin rolu nə qədər oldu?
- Əlbəttə onların rolu danılmazdı. Futbol azarkeşsiz yarımçıq oyundu. İstərdik ki, hər zaman belə atmosfer olsun. Hakimlik də bu gün olduğu kimi yüksək səviyyədə olmalıdı.
- Kral öldü, yaşasın yeni kral?
- Bizim qarşıda çətin oyunlarımız var. Eyforiyaya qapılmalı deyilik. Biz sadəcə, bugünkü oyunda qalib gəldik. Başqa fikri də ağlımıza gətirmirik.
- Oyundan öncə komanadanın daxilində atmosfer necə idi?
- Futbolçularım yüksək səviyyədə oyuna hazır idi. Buna görə də ilk hissədə gərginlik hiss olunurdu. Biz həm taktiki, həm də psixoloji cəhətdən yüksək çıxış etdik.
- Hakimlərin belə yüksəksəviyyəli oyun idarə edəcəyini gözləyirdiz, yoxsa şübhəniz var idi?
- Niyə də gözləməyim? Hakimlərin belə çıxışı xoşdu. Bu, mənim arzumdu.
- Kənardan komandanızın hakimin qərəarlarını emosionla reaksiya verirdilər. Düşünmürdüz ki, buna görə futbolçularınız oyuna düzgün köklənməyə bilər?
- Mən futbolçularımda aqressivlik görmədim. Onlar çox peşəkardırlar. Ümumiyyərlə, mən futbolda heç nədən qorxmuram. Futbolçularım optimal səviyyədən bir qəfər yüksək səviyyədə hazırlaşmışdılar.
- “Qəbələ” rəqibi hansı planda üstələdi? Taktiki, yoxsa psixoloji planda?
-Özümüzü rəqiblə müqayisə etmirəm. Sadəcə özümünzdən danışa bilərəm. Həm taktiki, həm də psixoliji cəhətdən üstün idik.
- Araz Abdullayev “Qəbələyə” gəldikdə onun yenidən əvvəlki formssını bərps edəcəyini gözləyirdik. Amma hələ ki, bunu görə bilmirik. Nə vaxt əvvəlki formasına düşəcək?
- Siz onun hansı formasını görmüsüzsə, bilmirəm. Buna görə də müqayisə edə bilmirəm. Çox sürətli futbolçudu. Bizim komandaya gəldikdən sonra onda inkişaf var.
- Fariz Yusifov ilk qolu qeydə almasaydı və Ozobiç ikinci qolu vurmasydı, hansını daha çox qınayardız?
- Hakimlərə təzyiq edə bilmərik. Amma şəxsən mənim onların qərarlarından narazılığım olub. Hücumçularımıza gəldikdə isə qol vura bilmirlərsə, bunun üzərıində işləməliyik. Buna görə futbolçularıma təzyiq göstərə bilmərəm.
- Bu qələbədən sonra çempionluq şansınız artdı. Əgər çempion olsaz, jurnalistlərə qonaqlıq söz verə bilərsiz?
- Bir neçə dəfə məmnuniyyətlə jurnalistləri dəvət etmişəm. “Qəbələ” çempion olan gün burda olan hər kəs üçün qonaqlıq verəcəm.
- Ndlovu dedi ki, “Azərsun Arenad”dakı oyunda “Qəbələ” üçün cəhənnəm edəcəyik. Onun fikrinə münasibətiniz necədi?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki, “Qarabağ”la oyun barədə indi düşünmürük. Növbəti oyuna hazırlaşmalıyıq.
- Düşünmək olar ki, bu gün Qriqorçuk taktiki baxımdan Qurbanovdan üstün idi?
- Sizin dediyiniz kimi müqayisə etmərəm. Bir daha deyierəm ki, həm taktiki, həm də psixoliji cəhətrdən biz üstün idik.
- Suraxanıdakı oyundan sonra demişdiz ki, mən burda qalmaq istəmirəm. İndi fikriniz necədi?
- Həmin vaxt sual verilmişdi ki, özünüzü necə hiss edursiz? Mən də demişdim ki, evə getnək istəyirəm. Çünki belə halları görmək istəmirdim.
- Rəşad Sadiqov müdafiəçi kimi necə təsir bağışladı?
- Ümumi komandanın çıxışı məni qane etdi. Rəşada gəldikdə isə, onun oyunundan çox razı qaldım.