"Qəbələ"nin futbolçusu Asif Məmmədov məşqlərə başlamaq üzrədir.
Sportal.az xəbər verir ki, həkimlər bir müddət öncə kor bağırsağından əməliyyat olunan futbolçunun məşqlərə start verməsinə razılıq veriblər. Yaxın 1-2 gündə kollketivə qoşulacaq Məmmədovun qarşıdakı oyunlarda komandasına kömək edə biləcəyi gözlənilir.
Qeyd edək ki, "Qəbələ"də Asif Məmmədovdan başqa Vitali Vernidub, Elvin Camalov və Rafael Santos da zədədən əziyyət çəkir.
saytlarin hazirlanmasi