"Qəbələ" klubunun futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub.
Sportal.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub.
Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Qeyd edək ki, Elvin Camalov fevralın 12-də Topaz Premyer Liqasının XVIII turunda "Zirə” ilə keçirilən oyunda zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.
saytlarin hazirlanmasi