“Yuventus”un idman direktoru Cüzeppe Marotta adı "Barselona" və “Arsenal”la hallanan klubun baş məşqçisi Massimilyano Alleqri ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 59 yaşlı klub rəsmisi Alleqrinin “Yuventus”da qalacağını bildirib :
“Biz onunla çalışmaqdan məmnunuq. Onun komandada qalacağını düşünürəm. Bizim çox yaxşı münasibətimiz var. Alleqri uzun müddət bizimlə birgə çalışacaq”.
Onu da qeyd edək ki, 49 yaşlı mütəxəssis 2014-cü ildən “Qoca Sinyora”ya rəhbərlik edir.
saytlarin hazirlanmasi