İtaliyanın “Palermo” klubunun yeni prezidentinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Mauritsio Camparininin gedişindən sonra boş qalan prezident postunun sahibi Pol Bakkalini olub.
Amerikan əsilli Pol Bakkalini “İntegritas Capital” kompaniyasının təsisçisidir. O, aprel ayında klubun bütün səhmlərini alacağını bildirib.
Maraq üçün bildirək ki, Bakkalini tez-tez qeyri-adi aksiyalarla gündəmə gəlir. Onun ən məşhur aksiyası isə limonların müdafiəsinə qalxmaq olub. O, buna görə limonlarla çılpaq fotosessiya etmişdi.
saytlarin hazirlanmasi