Roberto Mançini: "Messinin baş məşqçisi olmaq istəyirəm"

15:46 - 8 Mart 2017

İtaliyalı baş məşqçi Roberto Mançini ən böyük arzusu Lionel Messini çalışdırmaq olduğunu söyləyib.

 

Sportal.az "Super Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Messinin böyük futbolçu olduğunu bildirib:

 

"Hazırda Messi dünyanın ən yaxşı futbolçusudur. Ümid edirəm ki, bir gün onun oynadığı bir komandanı çalışdırıb, baş məşqçisi olaram".

 

52 yaşlı çalışdırıcı Argentina futbolu haqda da qısaca danışıb. Mançini "İnter"də çıxış edən Mauro İkardi və "Yuventus"un forvardı Paulo Dibalaya təriflər yağdırıb. Argentinada son zamanlar istedadlı məşqçilərin olduğunu vurğulayan mütəxəssis "River Pleyt"in çalışdırıcı olan Marselo Qallardonun parlaq gələcəyə sahib olduğunu bildirib.

 

Qeyd edək ki, Roberto Mançinin son iş yeri İtaliya "İnter"i olub.

Xəbər xətti