“Mançester Siti”nin “Torino”da icarə əsasında çıxış edən qapıçısı Co Hart haqqında futbolçunun agenti danışıb.
Sportal.az xəbər verir ki, agent qolkiperə çoxsaylı təkliflərin gəldiyini açıqlayıb:
“Mançester Siti” ilə danışıqlara ehtiyac yoxdu. Co Hart üçün bütün qapılar açıqdı. Onun seçim imkanları da genişdir. Çünki o dünyanın ən yaxşı qapıçılarından biridir”.
Xatırladaq ki, Turin klubunun prezidenti Urbano Kayro mövsümün sonunda 29 yaşlı əlcək sahibinə transfer hüququna yiyələnmək istədiklərini bildirmişdi.
Qeyd edək ki, Co Hart 2016-ci ildən “Torino”da çıxış edir.
saytlarin hazirlanmasi