Azərbaycan Premyer Liqasının XXII turunda bu gün "Neftçi" ilə qarşılaşacaq "Qəbələ" daha bir problemlə üzləşib.
Sportal.az xəbər verir ki, bu dəfə Rəşad Sadiqov sıradan çıxıb. Təcrübəli futbolçu son məşqdə zədələndiyindən bakılılarla matçı buraxmalı olacaq.
Bu isə o deməkdi ki, qonaqlar müdafiənin mərkəzində ciddi problemlər yaşaya bilər. Belə ki, Roman Qriqorçuk Vitali Vernidub, Rasim Ramaldanovun yoxluğunda Sadiqova mərkəzdə şans verirdi.
Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi