Ötən ilin sonlarında Bakıya səfər edən Ronaldinyo ölkəmizdə futbol məktəbi açacaq.
Sportal.az xəbər verir ki, bunun üçün braziliyalı bu gün "Qəbələ" ilə rəsmi sözləşmə imzalayıb. İmzalama mərasimi Dubayın "Burc əl Ərəb" otelində baş tutub. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun iştirak etdiyi imzalama mərasimində tərəflər 2 illik sözləşməyə qol çəkiblər.
Qeyd edək ki, tədbir Ronaldinyonun rəsmi "facebook" səhifəsi vasitəsi ilə canlı yayımlanıb. Tədbirdə çıxış edən klubun kommersiya direktoru Mustafa Aztopal qonaqlara Azərbaycanla bağlı məlumatlar çatdırıb.
saytlarin hazirlanmasi